
Birinci Türkçülük Çalışmaları
Azərbaycan Türk fikir tarixində ilk dəfə keçiriləcək olan birinci Türkçülük Çalışmalarının təşkil edilməsindəki məqsəd Azərbaycanda Türk millətinin fikri, ictimai və siyasi problemlərini ortaya çıxartmaq, bu problemlərin çözüm yollarını tapmaq, roblemləri milli gündəmə daşımaqdır.
Türkçülük Çalışmalarının birincisi üçün üstünlük verilən mövzular bunlardır:
– Azərbaycanda Türk millətinin əsas problemləri; tək etnonim məsələsinin önəmi; millət, milliyət, etnik azlıq anlayışları;
– Türk yurdu Azərbaycanın bölünmüşlüyü və bütövlüyü məsələsi
– Milli tarix şüurunun yerləşməsi və yüksəlməsi üçün gərəkənlər;
– Millət qurucularımız, onların yaratdığı mirasın mənimsənilməsi problemi;
– Tarixi qəhrəmanlarımız sahəsində indiki durum; tarixi qəhrəman anlayışının parametrləri; bu siyahıda yer alacaq həqiqi qəhrəmanlarımız;
– Milli günlərimiz və simvollarımız mövzusunun önəmi; bu sahədəki əskiklərimiz;
– Türkçülük-çağdaşçılıq münasibətləri;
– Türkçülüyün İslama münasibəti;
– Turançılığın mahiyyəti; Türk Dünyasında bütünləşmənin problemləri və gələcəyi;
- Türkçülüyün nəzəri məsələləri...
Dəyərli qatılımcılar!
Bu mövzular barədə düşüncəyə sahibi olan dostlarımız canlı, ya da onlayn formatda məruzəçi və (və ya) məqalə müəllifi olaraq proqrama qatıla bilərlər. Konfransda məruzə müddəti ən çox 15 dəqiqədir.
I. Türkçülük Çalışmaları sempozyumu yazı qaydaları, çıxacaq olan sempozyum kitabının yayımına uyğun olaraq aşağıdakı şəkildə bəlirlənmişdir:
Yazı ölçüsü; 12 punto
Yazı biçimi; Times New Roman
Sətir aralığı; 1,5
Səhifə sayı; ən çox 10 səhifə.
Tarix, ədəbiyyat, iqtisadiyyat, psixologiya, sosyologiya, kültür, sənət və digər sahələrdə olacaq olacaq olan yazılarda axtarılan əsas şərtlər:
- Yazının fikri/idealojik əsası olacaq
- Türkçülüklə bağlı məsələləri ehtiva edəcək
Birinci Türkçülük Çalışmalarında yer almaq istəyənlər TDB-nin gmail adresi ilə (turkcudusuncebirliyi@gmail.com) əlaqə saxlaya bilərlər.