Quruluş Amacımız

Quruluş amacımız

Formalaşmış millət olmaq uzun və ağrılı bir sürəcdir. Azərbaycan Türkünün dramatik siyasi tarixi bu sürəcin normal şərtlərdə və dünya təcrübəsinə uyğun yolla getməsinə mane olmuşdur. Sovet dönəmində və ondan sonra bu sürəc məcrasından sapdırıldı, yanlış istiqamətlərə yönəldirildi. Bu gün aydın görünən özünə inamsızlıq, milli şüurun zəifliyi və milli birliyin olmaması günümüzün kəskin problemi olaraq qalmaqdadır. Azərbaycanın qüzeyində demokratikləşmənin dərinləşməsi, Azərbaycanın cənubunda isə müstəqilliyin əldə edilməsi məhz bu millətləşmə sürecinin gedişatından asılıdır.

Millətləşmə sürecinin ən əhəmiyyətli birinci mərhələsi, milli kimlik məsələlərinə aydınlıq gətirmək və qalıcı ortaq dəyərlər sistemi yaratmaqdır. Bu məqsədlə Türk Düşüncə Birliyi (TDB) çərçivəsində bir düşünclə hərəkatı başlatmaq qərarı aldıq.

TDB-nin iş prinsiplərinin başında Türklüyə, Türkçülüyə xidmət və günlük siyasətə qarışmamaq durur.

TDB-nin hədəf kütləsi kimliyini bilmək istəyən kəsimdir.

TDB-nin qayəsi Azərbaycanda Türk millətinin varlığıdır.

Bu qayəyə uyğun olaraq:

  • Türkçülüyün nəzəri cəhətdən təkmilləşdirilməsi;

 

  • Türklüyün və Türkçülüyün yad qüvvələrin hücumlarından qorunması;

 

  • Türk adının müdafiəsi, xalq tərəfindən mənimsənilməsi;

 

  • Türk tarix konseptinin hazırlanması və təbliği;

 

  • Tək və rəqibsiz dövlət dili fikrinin müdafiəsi;

 

  • Düşüncə həyatının milliləşdirilməsi...